Ayrılıq ölümün plagiatıdır-Aqşin Yeniseydən möhtəşəm şeir

Aqşin Yenisey (Şopenhauerin anasına yazdığı şeir) Gecədir… Küləyin sərt himni altında zivələrdə paltarlar yellənir Bu məişət bayraqları məni təngə gətirir. Ana! Taleyim mənə ölüm haqqında bir şeir əzbərlətdirir. Bir misrasını əzbərləmişəm hələ ki: “Ayrılıq ölümün plagiatıdır!”. Gecədir… Ağzı üstə sərilmiş bir ölü şəkli çap etdi qəzetlər Oxuculara arxasını çevirmişdi. Küçədə cərgəylə düzülmüş fənərlərdən biri sönmüşdü.Yəni daha bir işıq qaranlığın tərəfinə…

Ardını oxu