Rusiyada vaxtilə Qarabağda vuruşmuş döyüşçülərin həbsləri başladı

Paylaşmaq gözəldir...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Ryazanda E.N.O.T. təşkilatının bir neçə üzvünü yaxalayıblar. Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, bunu hüquq-mühafizə orqanlarındakı mənbə açıqlayıb.
“Noyabrın 7-də Ryazanda FTX əməkdaşları E.N.O.T. özəl hərbi şirkətinin bir neçə iştirakçısını saxlayıblar. Əməliyyatda Xüsusi Çevik Reaksiya Bölməsinin (SOBR) əməkdaşları da iştirak edib”, – agentliyin həmsöhbəti qeyd edib.
E.N.O.T. qruplaşmasının baş ideoloqu və qurucusu “İşıqlı Rus” millətçi hərəkatının lideri İqor Manquşevdir. O, həmfikirləri ilə birlikdə Ukrayna münaqişəsinin qızışdığı dövrdə Donbas könüllülərinin hərəkətlərinə rəsmi statusun verilməsin qaydasını düşünüb tapıb. E.N.O.T. mövcud olduğu dövr ərzində bir neçə hərbi əməliyyatda – Dağlıq Qarabağda (separatçıların tərəfində), Donbasda və Suriyada – iştirak edib.

Hüquq-mühafizə orqanları təşkilatın fəaliyyəti ilə onun sıralarına həddi-büluğa çatmamış yeniyetmələrin cəlb edilməsindən sonra maraqlanıblar. Xüsusi düşərgələrdə yeniyetmələr silahdan atəş açma və partlayıcı qurğularla davranma biliklərinə yiyələnirmişlər. İlkin məlumatlara görə, E.N.O.T. qruplaşmasının həbs olunmuş üzvləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci (“Düşmənçiliyin yayılması və ya insan ləyaqətinin təhqir edilməsi”) və 150-ci (“Həddi-büluğa çatmamış şəxslərin cinayətə sövq edilməsi”) maddələri ilə ittiham ediləcəklər.

18 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar