Almaniya ordusunda şok: 200 nəfərlik “ölüm eskadronu” varmış – FOTO

Paylaşmaq gözəldir...

Son 10 ildə Almaniyanın Silahlı Qüvvələrindən (bundesver) 200 hərbçi neonasist ideologiyanın daşıyıcıları olduqları üçün qovulublar.

Milli.Az Rheinische Post-a istinadən bildirir ki, bununla bağlı olaraq bundesverdə xidmət etmək istəyənlərin sənədlərini əks-kəşfiyyat yoxlamağa başlayıb.

Almaniyanın Hərbi Əks-kəşfiyyat Xidməti bundesverdə xidmət etmək istəyən 16 mindən artıq namizədin sənədlərini yoxlayıb. Ekstremizmdə şübhəli bilinən 150 nəfər xüsusi diqqətlə təftiş olunub. Yalnız 2 nəfərlə bağlı şübhələr təsdiqlənib.

Almaniyanın Müdafiə Nazirliyində ən böyük qalmaqal 2017-ci ildə yaşanıb. Ötən il 5 zabit məşhur alman siyasətçilərə və dövlət xadimlərinə qarşı teraktlar hazırlamaqda suçlanaraq tutulmuşdular.

Paqonlu terrorçuların potensial hədəfləri arasında prezident Yoahim Qauk, o dönəmdə ədliyyə naziri olmuş, indi isə DİN başçısı olan Hayko Maas, Yaşıllar Partiyasının sədri Klaudiya Rot da vardı.

Tutulan bundesver zabitlərindən biri demişdi: “Köniqsberq alman şəhəri olub, alman şəhəridir və alman şəhəri olaraq qalacaq”.

Sabiq Köniqsberq Rusiyanın Kalininqrad şəhəridir.

Tutulan neonasist alman hərbçilərin hamısı xüsusi təyinatlı birləşmələrdə xidmət ediblər.

Onlar Almaniyada sığınacaq tapmış miqrantlar arasında da qırğınlar törətmək niyyətində idilər.

Almaniya mediasının “ölüm eskadronu” adlandırdığı 200 nəfərlik qrupun tam zərərsizləşdirilmədiyi, ordu sıralarında hələ də neonasistlərin və ekstremistlərin qaldığı vurğulanır.

19 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar