Ölümlə nəticələnən yol qəzası baş verib

Paylaşmaq gözəldir...

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Ordan-burdan.com “report”-a istinadən bildirir ki, hadisə rayonun Balçılı kəndində yerləşən şadlıq evinin yaxınlığında qeydə alınıb.

“VAZ-2107” markalı avtomobil Gürcüstan dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı maşınla toqquşub. Nəticədə Göygöl rayon Qızılca kənd sakini, 1961-ci il təvəllüdlü Xalidə Həmzə qızı Bağırova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qəza zamanı daha iki nəfər – 1958-ci il təvəllüdlü Rusiya vətəndaşı Əli Məmmədov və 1993-cü il təvəllüdlü Göygöl rayon sakini Mirmahal Ağabalayev müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
8 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar