Xalq artisti Amaliya Pənahovanın son müsahibəsi

Paylaşmaq gözəldir...

Xalq artisti, bu gün dünyasını dəyişmiş  Amaliya Pənahovanın Milli.Az-a müsahibəsini təqdim edirik. Bu, böyük sənətçinin son müsahibəsi idi…

– Amaliya xanım, istər teatr səhnəmizdə, istərsə də filmlərimizdə bir çox qadın obrazları yaratmısınız. Sizin üçün qadın xoşbəxtliyi nədir?

– Qadını gərək anlasınlar, başa düşsünlər. O ən böyük xoşbəxtlikdir ki, səni başa düşürlər.

– Sizin özünüzü tez-tez başa düşürlər?

– Xeyr, görünür mən sadə insan deyiləm ki, məni hamı başa düşə bilmir.

– Həyatda və sənətdə uğur qazanmağın sirri nədir?

– Həyatda öz lazımlılığını hiss etmək. Həmçinin sən hiss edirsən ki, səhnəyə, sənətə lazımsan. Bunu hiss etmək lazımdır. Hiss edəndə uğur da qazanacaqsan.

– Bu doğru fikirdir ki, gərək qadının arxasında kişi dayansın və ona dəstək olsun?

– Xeyr! O qədər kişilər var ki, arxalarında qadınlar dayanıb. İnsanlar müxtəlifdir. Həyatda tək insanlar var ki, çox nailiyyət qazanıb. Nəyisə nəyəsə qurban vermək o deməkdir ki, ya insan zəifdir, ya da bacarıqsız.

– Amaliya Pənahova üçün ailə nə deməkdir?

– Ailə mənim üçün çox şeydir.

– Nələri qurban vermisiz bunun üçün?

– Heç nəyi! Yalan sözdür ki, sənət qurban tələb edir. Ola bilər ki, öz dincliyimdən, asudə vaxtımdan keçmişəm. O da ailəyə bağlılıqdan olub.

– Sənətdə vəfasızlıq görmüsüz?

– Mən çox vəfasız məqamlarla rastlaşmışam. İnsan getdikcə daha da bərkiyir. Bu nəticəyə gəlmişəm ki, insana özündən başqa heç kim sirdaş ola bilməz.

– Nəyi bağışlaya bilməzsiniz?

– Xəyanəti, satqınlığı, etibarsızlığı heç vaxt bağışlamıram. Mən o adamlardan uzaqlaşıram.

– İnsanın böyüklüyü nədədir?

– Yaxşılığı bacarmaqda. Hər kəs yaxşılıq etməyi bacarmır. Əgər onu hansısa məqsədlə edirsə demək ki, o yaxşılıq deyil.

– Həyatınızdakı hansı günü heç vaxt unutmursunuz?

– Mən ürəkdən şaqqanaq çəkib gülməkdən həmişə çəkinmişəm. Yalan deyərəm ki, sevincli anlarım çox olub. 2-3 olub, onları da çalışmışam ki, ürəyimdə saxlayım.

– Güclü xanımsınız. Heç vaxt sizi efirdə ağlayan, kövrələn görməmişik…

– Mənim göz yaşımı niyə tamaşaçı görməlidir ki? Mən sevmirəm ki, kiminsə mənə yazığı gəlsin.

33 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar