“Xərçəng bu gözəl insanı da apardı, söz tapa bilmirəm” – Məşhurlar xalq artistinin ölümü haqda

Paylaşmaq gözəldir...

Xəbər verdiyimiz kimi, xalq artisti Amaliya Pənahova vəfat edib.

Məşhurlarımız da xalq artistinin ölümündən sarsılıb. Onlar öz sosial şəbəkə hesablarında paylaşım edərək, A.Pənahovanı xatırlayıblar:

Tanınmış aparıcı Hacı Nuran: Xərçəng bu gözəl insanı da apardı … Çox pis oldum … Çox … Biraz öncə tanınmış Azərbaycan teatr və kino aktrisası, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Azərbaycan Respublikasının xalq artisti, gözəl insan Amaliya Pənahova (15.06.1945 – 08.11.2018) vəfat edib. Əlvida, artıq xatirələrdə yaşayacaq gözəl sənətkar ! … Allah rəhmət eləsin! Söz tapa bilmirəm”

Əməkdar artist Məlahət Abbasova: “Kaş biri çıxıb bu xəbərin yalan olduğunu söyləsəydi. Şokdayam… İnanılmaz üzgünəm. Azərbaycanın yeri doldurulmayacaq, çox dəyərli sənət insanı, teatr sənətinin əfsanəsi, bir çox tamaşalarda bərabər oynadığım, Azərbaycan səhnəsinin “Primadonna”sı Amaliya Pənahova, nur içində yatın. Haqqımı halal edirəm, əfsanələr ölmür. Siz həmişə qəlbimizdə yaşayacaqsınız”.

Tanınmış ifaçı Nadir Qafarzadə: “Heç nə yaza bilmirəm”

Əməkdar artist Sənubər İsgəndərli: “Gözəl siması, istedadı ilə teatr tarixinə adını yazan sənətkar… Allah sizə rəhmət eləsin, Amaliya xanım”.

Əməkdar artist Nərgiz Cəlilova: “Amaliya Pənahova… Böyük sənətkar, səni, yaratdığın obrazları heç bir zaman unutmayacağıq”.

Əməkdar artist Mehriban Xanlarova: “Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbr diləyirəm.
Allah rəhmət etsin”.

big.az

23 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar