Trampla Putin Parisdə fərdi olaraq görüşməyəcəklər – ABŞ administrasiyası

Paylaşmaq gözəldir...

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin noyabrın 11-də Parisdə fərdi görüşü planlaşdırılmır.

Ordan-burdan.com Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib.

Nümayəndə deyib: “Prezidenti planlaşdırılmış yeganə görüşü Fransa prezidenti Emmanuel Makronladı. Biz prezident Putinlə fərdi ikitərəfli görüş planlaşdırmırıq”.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti D.Tramp bildirmişdi ki, V.Putinlə Parisdə liderlərin naharı zamanı görüşəcək, fərdi görüş isə noyabrın sonunda Argentina “G20” sammiti çərçivəsində baş tutacaq.

12 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar