Bakıda parklanmada xaos – Xanımı polis çağırıb bölməyə aparacağı ilə hədələyirmiş

Paylaşmaq gözəldir...

Bakı şəhərində parklanma ilə bağlı ciddi problemlər, pərakəndəlik və özbaşınalıq var. Bunu hamı yaxşı bilir. Dünən aldığım bir məlumat isə lap ağ eləməkdir. Adının hallanmasını istəməyən bir xanım sürücü deyir ki, parklanma yerindən 10-15 dəqiqə istifadə etdikdən sonra “nəzarətçi” ona yaxınlaşıb deyir ki, ödəniş etməmisiniz, ona görə də 40 manat cərimə olunursunuz. Hətta bu adam xanıma hansısa kağız da uzadırmış ki, alın və elə indi cəriməni ödəməlisiniz. Adam hətta polis çağırıb xanımın bölməyə aparılacağı ilə də hədələyirmiş. Uzun mübahisədən və ətrafdakıların da müdaxiləsindən sonra hər hansı ödəniş edilmədən söhbət bitib.

Milli.Az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.

Bu xəbərin onu çox təəccübləndirdiyini deyən ekspert buna bənzər məlumatları çox eşitdiyini və ödəniş etməyənlərin cərimə ilə hədələndiyini qeyd edib.

Ə.Hüseynov Bakıda parklanma, buna görə cərimə və ödənişlərlə bağlı mövcud vəziyyətə aydınlıq gətirərək sürücüləri ayıq-sayıq olmağa çağırıb:

“Hazırda Bakıda parklanma yerlərinin təşkili və idarə edilməsi səlahiyyəti Bakı Nəqliyyat Agentliyinə məxsusdur. Küçələrdə park nəzarətçisi kimi gördüyünüz adamların kimliyi, hansı qurumu təmsil etdiyi isə aydın deyil, çünki parklanma yerləri bu agentliyə təhvil verilməyib. Başqa sözlə, parklanma yerlərinin aydın hüquqi statusu yoxdur. Onların siyahısı, təşkili barədə səlahiyyətli qurumun qərarı, tutumu (park yerlərinin sayı) bəlli deyil. Parklanmaya görə ödənişin məbləği də müəyyən edilməyib. Sizdən tələb olunan və alınan pullar hamısı qanunsuzdur, hara, kimin cibinə getdiyi aydın deyil.

Ödəniş etməməyə görə cərimə tələbi isə digər tərkib əlamətləri də olduqda cinayət sayıla bilər. Belə halla rastlaşanda dərhal polisin təhqiqat və istintaq bölmələrinə (DYP-yə yox) müraciət edin”.

Ekspertin fikrincə, bu xaosa son qoyulması çox gecikir: “Parklanma yerlərini BNA-ya təhvil verilməsi müddəti bir neçə ay əvvəl bitsə də, bu, hələ ki, baş verməyib. Təcili olaraq bu iş yekunlaşdırılmalı, qanunvericiliyə uyğun ödəniş qiymətləri və şərtləri də rəsmən təsdiqlənməklə normal parklanma təsərrüfatı yaradılmlıdır”.

5 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar