O, 30 sərnişini xilas edib – Bakıdakı ən gənc sürücünün hekayəsi – FOTO

Paylaşmaq gözəldir...

Bu günlərdə digər sürücülərdən fərqli olaraq, sərnişinlərlə nəzakətlə davranan və nəqliyyat vasitəsini peşəkarcasına idarə edən Bakıdakı 18 saylı avtobusun sürücüsü diqqəti cəlb etdi. Bunlar bir kənara, məni heyrətləndirən sürücünün çox cavan görünməsi idi.

Avtobusda beş dayanacaq getdiyim müddətdə mən nə bir çuxur, nə bir kəskin döngə və hətta qəfil dayanma hiss etdim. 20 illik sürücülük təcrübəmlə bu gəncin sürücülük məharətini yüksək qiymətləndirdim.

Bir neçə gün sonra mən onu tapmaq və söhbət etmək qərarına gəldim.

Məlum olub ki, bu sürücü 1991-ci il təvəllüdlü Ərəstun Səmədovdur.

“Ailməzdə, demək olar ki, hamı – babam, atam, dayım sürücü olub. Avtobus sürməyi mənə babam öyrədib. Mən hər gün onun reysdən qayıtmasını gözləyirdim. Həyatımın ilk günlərindən həyətimizdə avtobuslar görmüşəm”, – gənc sürücü deyib.

Onun sözlərinə görə, məktəbi bitirdikdən sonra sürücülük kurslarına yazılıb və avtobusu idarə etməyə imkan verən D kateqoriyalı sürücülük vəsiqəsi əldə edib.

“Sürücülüklə bağlı ilk təcrübəm Bakı-Astara marşrutu üzrə hərəkət edən avtobuslarda olub. Bir müddət sonra həyatımın ən unudulmaz gününü yaşadım”, – Səmədov qeyd edib

Sərnişinlə dolu avtobus Bakıdan Astaraya doğru hərəkətə başladı. 30 nəfər sərnişini olan avtobusun sükanı arxasında gənc sürücü əyləşib. Sürət isə saatda 80 kilometrdir.

“Hər şey normal idi. Birdən ağacların arxasından yola qoyun sürüsü çıxdı. Hər şey bir neçə saniyədə baş verdi. Maşın bu sürətlə az qala aşacaqdı. Ancaq mən var gücümlə sükandan yapışaraq, idarəetməni itirməməyə çalışdım. Avtobusu hiss etdiyim üçün faciədən qaça bildim. Analoji vəziyyətlərdə maşının özünü necə apardığını bilirdim. Bu vəziyyətdə atamın idarə etdiyi avtobusda pul yığan zaman qazandığım təcrübə mənə kömək oldu”, – Səmədov bildirib.

Salyan Yol Polisi Postu əməkdaşları və bütün sərnişinlər həyatlarını xilas etdiyi üçün gəncə hələ uzun müddət minnətdar olacaqlar.

7 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar