Məşhurların arıqlamaq üçün saxladığı ən qeyri-adi PƏHRİZLƏR

Paylaşmaq gözəldir...

Dünya ulduzlarının həyatı uzaqdan çox cəlbedici görünsə də, onlar arıq qala bilmək üçün çox çaba sərf edir. Həyatlarının çox hissəsini pəhriz saxlayaraq, özünü dünyanın ləziz təamlardan məhdudlaşdırmaqla keçirirlər. Onların günün istənilən saatın pizza və ya bol kremli tor yemək yeyə bilmək lüksü yoxdur.

Milli.Az bu yazıda oxucuları Hollivud ulduzlarının pəhrizləri ilə tanış edir.

Natali Portman

Natali Portman ona Oskar mükafatını qazandıran “Qara Qu Quşu” filmində balerina obrazını canlandırmaq üçün 44 kq-a qədər arıqlayıb. Bunun üçün o, çox ciddi pəhriz saxlayıb. Bütün gün sadəcə yarım qreypfrut, yerkökü və bir ovuc badam yeyib. Əlbəttə, sadəcə pəhrizlə iş bitmir. O, çox ağır fitness proqramına başlayıb. Filmdəki roluna görə özünü arıqladan Natali hadisələri belə xatırlayır: “Çəkilişlərdən 1 il əvvəl gündə 2 saat rəqs dərsləri almağa başladım. 6 ay sonra gündə 5 saat, son 2 ayda gündə 8 saata qədər rəqs məşqləri edirdik. Gündə 2 kilometrə yaxın üzürdüm. Nizam-intizam yaxşıdır, amma canım çox ağrıyırdı”.

Rola hazırlaşmaq üçün 1 ildən çox müddət ərzində Mariya Elen Bouzla çalışan Natali fitness proqramı boyu veqan pəhrizi saxlayıb. O, heyvan mənşəli bütün məhsullardan imtina edib. Bu pəhriz ərzində ət yeməklərinə meyl etmədiyini desə də, gündəlik 1200 kalori qəbulunun çətin olduğunu inkar etməyib.

Aktrisa vurğulayıb ki, film üçün sadəcə arıq olmaq kifayət deyildi, onun əsas məqsədi balerina bədən quruluşuna sahib olmaq idi. Natali Portman 1 il ərzində balerina bədəninə sahib olmaq üçün gecə-gündüz çalışıb. Ondan həm incə formalarını qorumaq, həm də güclü bədənə sahib olmaq tələb olunurdur. O, ənənəvi balet addımlarının da istifadə edildiyi məşq proqramını həyata keçirərək filmdəki bədən quruluşuna nail olub.

Balerinalar illərlə qazandığı təcrübə nəticəsində ustalaşır, Natali Portman isə buna sadəcə bir ilini sərf edib. Odur ki, 2-3 qat daha çox çalışması lazım gəlirdi. O, hər gün 6 saatını dayanmadan müxtəlif məşqləri yerinə yetirməyə və balet rəqslərini öyrənməyə sərf edib. Üstəlik təxminən 2 kilometrdən çox üzüb.

Mariya Elen Bouz tərəfindən xüsusi olaraq tərtib edilən məşq proqramı sayəsində Natali əsl balerina bədəninə sahib olaraq filmdəki balet səhnələrinin faiz 85 faizində özü çəkilir. Bu proqramda əsas məqsədlərdən biri Natalinin əllərini, qollarını və ayaqlarını çox qalınlaşdırmadan daha güclü hala gətirmək idi.

30 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar