Yanacaqdoldurma məntəqəsinə sərnişinlə gedən sürücülərə cəza

Paylaşmaq gözəldir...

Sürücünün avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olması, onu işindən edib.

Ordan-burdan.com”Xəzər xəbər”ə istinadən xəbər verir ki, dünən 525 saylı avtobus xəttinin sürücüsü belə bir qayda pozuntusuna yol verib. Bu gün isə həmin sürücü işdən çıxarılıb. Aidiyyatı qurum xəbərdarlıq edir ki, sərnişinlərin həyatını təhlükəyə atan sürücülər bir daha digər marşurut xətlərində işə götürülməyəcək.

Araşdırma zamanı məlum olub ki, qanun pozuntusunu metronun ”Memar Əcəmi” stansiyası yaxınlığından, Masazır qəsəbəsinə işləyən 525 saylı marşrut xəttində fəaliyyət göstərən sürücü edib.

Məsələ ilə bağlı daşıyıcı şirkətlə əlaqə saxladıq. Şirkətin rəhbəri Rövşən Salamov bildirdi ki, qanunlara əməl edilməsi ilə bağlı sürücülərə mütəmadi olaraq təlimat verilir. Buna əməl etməyənlər isə cəzalandırılır.

Bu cür qayda pozuntularına elə sərnişinlərin də münasibəti birmənalıdır.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Nuridə Allahyarova bildirdi ki, qurum tərəfindən həmin görüntülərə baxış keçirilib və daşıyıcı şirkət qarşısında qəti tələb qoyulub. Daşıyıcı şirkət isə öz növbəsində artıq həmin sürücünü işdən kənarlaşdırıb. Nuridə Allahyarova onu da qeyd etdi ki, sürücülər birmənalı olaraq sərnişinlərin həyatını riskə atmamalıdırlar. Əgər yenə də bu kimi hallar təkrarlanarsa, həmin sürücülərə güzəşt edilməyəcək və işdən kənarlaşdırılması üçün göstəriş veriləcək. Üstəlik belə qayda pozan sürücülər bir daha digər marşurut xətlərində də sürücü kimi işləyə bilməyəcək.

4 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar