Su gil ilə qarışıq olduğundan bulanıq hala düşərsə, onunla dəstəmaz almaq olarmı?

Paylaşmaq gözəldir...

Dəstəmaz və qüsl üçün, eləcə də, murdar əşyaları paklamaq üçün suyun xalis, yəni qarışıqsız olması şərtdir. Əgər su zahiri cəhətdən qarışıqsız və şəffaf görünürsə, onunla paklığa aid işləri görmək olar.

Ordan-burdan.com islam.az-a istinadən bildirir ki, amma əgər su hər hansı başqa maddə ilə qarışmışsa, buna “müzaf”, yəni qarışıq su deyirlər. Qarışıq suyun rəngi, iyi və ya dadı xalis sudan fərqli olur. Müzaf su heç nəyi pak etməz, onunla dəstəmaz və qüsl almaq da olmaz. Gil ilə qarışmış sudan istifadə etmək məcburiyyətində qalan şəxs bir qədər gözləməlidir ki, gil suyun dibinə çöksün və su şəffaf hala gəlsin. Bundan sonra yenə suyun gilə qarışmasına imkan vermədən ondan istifadə edə bilər.

5 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar