Nəvələrini baqajda daşıyan baba saxlanıldı və cərimələndi – “Üzr istəyirəm” – VİDEO

Paylaşmaq gözəldir...
Həmin kadrlar Şəmkirdə çəkilib

Sürücü bu dəfə avtomobilin yük yerinə hər hansı bir əşya yox, üç azyaşlını mindirib. Avtosfer.az xəbər verir ki, uşaqların həyatını təhlükəyə atan sürücü bu vəziyyətdə yolda bir neçə kilometr hərəkətdə olub. Azyaşlıları avtomobilin yük qoyulan hissəsində aparır. Görüntüləri hadisəyə şahid olan sürücülərdən biri çəkərək  göndərib. Sürücünün sözlərinə görə, o, həmin kadrları Şəmkirdə çəkib. Kadrlardan aydın olur ki, 57 BH 291 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü salonda yer olmadığından yük yerinə 3 azyaşlı oğlan uşağını mindirib. O, hətta uşaqlara hava gəlsin deyə yük qapısını açıq qoyub. Bu da azyaşlılar üçün təhlükənin nə qədər böyük olmasından xəbər verir. Uşaqlar isə arxadan gələn sürücünün onları çəkdiyini görən kimi əl etməyə başlayırlar. Qaydaları kobud şəkildə pozan sürücü bu şəkildə bir neçə kilometr yol gedir.

Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, dünən həmin sürücü Şəmkir rayonu ərazisində saxlanılıb və barəsində cərimə protokolu tərtib edilib. Sürücü bildirib ki, baqajda daşıdığı uşaqlar nəvələridir. O, əməlindən peşman olduğunu deyib və buna görə üzr istəyib.

24 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar