Donbasın bərpasında Poroşenko Türkiyəyə ümidlidir

Paylaşmaq gözəldir...

Ukrayna prezidenti Pyotr Poroşenko Donbasın infrastrukturunun bərpasında Türkiyənin yardımına ümid bəsləyir.

Ordan-burdan.com oxu.az-a istinadən bildirir ki, bu barədə dövlət başçısı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşün yekunlarını şərh edərkən söyləyib.

Ukrayna prezidenti hazırda Türkiyədə iki günlük səfərdədir.

“Biz Türkiyənin Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə yeni layihəni təsdiqlədik. Sözügedən layihə çərçivəsində Donbasın infrastrukturunun bərpası da nəzərdə tutulub.

Bu məsələdə Türkiyənin yardımına ümid edirik”, – Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında Poroşenko deyib.

7 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar