Bakıda kafe yandı: 3 ölü

Paylaşmaq gözəldir...

Kafenin qalan hissəsi yanğından mühafizə olunub

Bakıda üç nəfərin ölümü ilə nəticələnən yanğın olub.

FHN-dən Ordan-burdan.com-a verilən məlumata görə, Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 70 m² olan kafenin yanar konstruksiyaları 10m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 1989-cu il təvəllüdlü Əliyev Kərəm Əli oğlunun, 1982-ci il təvəllüdlü Əhmədov Bəhruz Fazil oğlunun və daha 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

7 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar