Müğənninin sükan arxasında kobud qayda pozuntusu – FOTO

Paylaşmaq gözəldir...

O, məsuliyyətli sürücü kimi təhlükəsizlik kəmərindən istifadə etməyib

Tanınmış müğənni Ayaz Qasımov vaxtaşırı olaraq sükan arxasında ifa etdiyi mahnıları əks etdirən videoları sosial şəbəkə vasitəsi ilə izləyicilərinə çatdırır. Ordan-burdan.com xəbər verir ki, mahnıları ifa edərkən həm də avtomobilini idarə edən müğənninin qaydaları pozması diqqətdən yayınmayıb. Belə ki, Ayaz Qasımov şəhər küçələrində kifayət qədər sürətlə hərəkət etsə də, məsuliyyətli sürücü kimi təhlükəsizlik kəmərindən istifadə etməyib. Bir videoda isə o, havanın yağışlı olmasına və bu kimi hava şəraitində avtomobilin tormoz məsafəsinin artması ehtimalına baxmayaraq kəmərdən istifadə etməyib. Qeyd edək ki, Bakı küçələrində tanınmış şəxslərin, xüsusilə də müğənnilərin yol-hərəkəti qaydalarını pozması hallarına tez-tez rast gəlinir.

publika.az

13 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar