Xətaidə gənc bıçaqlandı – VİDEO

Paylaşmaq gözəldir...

Ötən gecə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, 1992-ci il təvəllüdlü Nurullayev Rafiq Yusifoğlu kimliyi məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

Zərərçəkən Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. R.Nurullayev sol döş qəfəsində kəsilmiş-deşilmiş yaralarla təcili əməliyyata alınıb. Hazırda vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar aparılır.

 

24 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar