Səudiyyədə fırtına: varis şahzadəni atası cəzalandıracaq

Paylaşmaq gözəldir...

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda məşhur jurnalist, 59 yaşlı Camal Haşoqqinin xüsusi amansızlıqla qətlə yetirilməsi rəsmi Ər-Riyada çox baha başa gəlir.

Konsulluq binasında işgəncələrə məruz qalan, sonra da cəsədi şaqqalanan jurnalistlə bağlı Qərb ölkələrinin qətiyyətli mövqeyi Səudiyyə Ərəbistanını siyasi dalan həddinə çatdırıb.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, jurnalistin qətlinə varis şahzadə Məhəmməd bin Salman əl Səudun fərman verdiyi artıq şübhə doğurmayan fakt kimi təqdim olunur.

Ər-Riyadı qınaqlardan və mümkün sanksiyalardan xilas etmək, silah və hərbi texnika alışlarında problemlərin yaranmasına imkan verməmək üçün kral Salman ibn Əbdül Əziz əl Səud oğlunu, hazırda varis şahzadə olan Məhəmməd bin Salmanı postundan kənarlaşdırmağı düşünür.

Sonucda şahzadə Məhəmməd taxt-tac varisi statusunu itirəcək.

Səudiyyə Ərəbistanı üzrə tanınmış ekspertlərdən biri, Britaniyanın kəşfiyyat polkovniki, “A Handbook of the Al Sa’ud Ruling Family of Saudi Arabia” kitabının müəllifi Brayan Lisin dediyinə görə, 82 yaşlı kral oğlununu yaxın günlərdə cəzalandırmayacaq: “Səudilər heç vaxt etiraf etməyəcəklər ki, Camal Haşoqqinin qətlinə varis şahzadə əmr verib. Lakin bu, o demək deyil ki, kimsə heç nə anlamır. Sadəcə, Səudiyyə kralı oğlunu indi cəzalandırmsa, ərəb aləmi və digər ölkələr bunu Qərbin təzyiqləri qarşısında Ər-Riyadın geri çəkilməsi kimi dəyərləndirəcəklər. Bir qədər keçəcək, ara sakitləşəcək, varisin cəzalanması “Ər-Riyadda adi hakimiyyət yerdəyişməsi” kimi qələmə veriləcək”.

16 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar