Hacı Surxay içki süfrəsində çəkilmiş fotoşəklinə aydınlıq gətirdi – Foto

Paylaşmaq gözəldir...

İçərişəhər “Cümə məscidi” dini icmasının sədri, ilahiyyatçı Hacı Surxay Həsənlinin spirtli içki məclisində çəkildiyi iddia olunan fotogörüntüsü sosial medianın gündəmindədir.

Bizimyol.info xəbər verir ki, ilahiyyatçı “İnstagram” səhifəsində açıqlama verərək əyləşdiyi masada spirtli içkinin olmadığını bildirib.

“Mənə atılan böhtana cavab verirem. Biz ailəvi dostumuzun evində olanda adi sular içmişik. Mən 7 yaşiıdan “Quran” oxuyram. Ömrümdə bir gün də olsun içki məclisində oturmamışam. Mənim haqqıma girənlərə halallıq vermirəm”,-deyə Hacı Surxay bildirib.

O qeyd edib ki, onun şəkilini sosial şəbəkədə paylaşan ateist ilahiyyatçı haqqında yalan məlumat yayıb.

13 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar