Ərdoğandan Qaşıqçı BƏYANATI: “Əlimizdə başqa sənədlər də var, amma…”

Paylaşmaq gözəldir...

Səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı əlimizdə başqa məlumatlar da var.

Ordan-burdan.com publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Bu 18 nəfər Camal Qaşıqçının kimlər tərəfindən öldürüldüyünü bilir. Əslində? cinayətkar onların içindədir. Əlimizdə başqa sənədlər də var. Tələsik davranmaq lazım deyil. Qaşıqçını öldürənləri Səudiyyə səlahiyyətliləri açıqlayacaq”, – prezident deyib.

Ərdoğan bazar günw mövzu ilə əlaqədar Səudiyyə Ərəbistanının Baş prokurorunun Türkiyəyə gələcəyini söyləyib.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasına gəlib və bundan sonra itkin düşüb.

Səudiyyə Ərəbistanı hökuməti Camal Qaşıqçının Krallığın İstanbuldakı Baş konsulluğunda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Qaşıqçının qətlə yetirilməsi ilə bağlı iş üzrə Səudiyyə Ərəbistanının 18 vətəndaşı saxlanılıb.

19 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar