Xalq artisti filmdən danışdı: “Orada həyat yoldaşımı boğub öldürürəm”

Paylaşmaq gözəldir...

Xalq artisti Həmidə Ömərova rejissorlardan gileylənib.

Aktrisa Milli.Az-a açıqlamasında mənfi rollar oynamaq istədiyini bildirib:

“Əslində, aktyor və aktrisa bütün rollarda oynamağı bacarmalıdır. Məni daha çox müsbət rollara dəvət edirlər, amma çox istərdim ki, mənfi rolda da oynayım. Ayaz Salayevin “Arı” filmində mən mənfi obrazdayam.

Orada həyat yoldaşımı boğub öldürürəm. Bu tip rollarda özümü sınamaq istəyirəm. İstəyirəm ki, elə bir rol oynayım ki, tamaşaçılar obrazıma nifrət etsin”.

15 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar