Kişi öz həyat yoldaşına evdə namaz qılmağı qadağan edə bilərmi?

Paylaşmaq gözəldir...

Xeyr, bunu edə bilməz. Əvvəla, qadın da ailənin bir üzvüdür, evdən istifadə etmək hüququna malikdir. İkincisi, namaz qılmaq bəndənin Allah qarşısında vacib borcudur və başqa bir bəndənin bunu ona qadağan etməyə haqqı yoxdur; bu, bəşər səlahiyyətindən üstün olan bir məsələdir.

Üçüncüsü, ailələrdə müşahidə edilən hallar bunu göstərir ki, adətən, kişilərin narazılığı öz həyat yoldaşının evdə namaz qılmasına deyil, ümumiyyətlə namaz qılmasına qarşı yönəlmiş olur. Dinə mənfi münasibət bəsləyən kişilər bu yolla qadını dindən uzaqlaşdırmağa və qarşısında maneə yaratmağa çalışırlar.

Əgər kişi öz həyat yoldaşına evdə namaz qılmağa icazə verməsə, bu halda onun evdən kənarda vacib namazları qılmasına mütləq icazə verməlidir. O, öz həyat yoldaşının qonşu evdə və ya yaxın məsciddə namaz qılmasına şərait yaratmalı, hətta lazım gələrsə həyat yoldaşını yolpulu ilə də təmin etməlidir.

44 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar