Tanınmış azərbaycanlını döyməsinə görə ələ saldılar – FOTO

Paylaşmaq gözəldir...

Türkiyədə evlilik yarışmasına qatılması ilə məşhurlaşan azərbaycanlı Naz Mila bədənində ingilis dilində döymə etdirmək istəyib.

Oxu.Az xəbər verir ki, bununla bağlı “Metro” nəşri məlumat yayıb.

“Only God can judge my mistakes and truths” (Təkcə Allah məni səhvlərimə və xeyirxahlıqlarıma görə mühakimə edə bilər) ifadəsini döymə etdirmək istəyən Mila gülünc vəziyyətə düşüb.

Nə o, nə də döymə ustası ingilis dilini bilib. Nəticədə, 26 yaşlı qızın bədəninə səhvlərlə dolu gülməli cümlə əks olunub: “I can judge a single god with my wrongs and wrongs” (Mən tək Allahı öz səhvlərim və yanlışlarımla mühakimə edə bilərəm).

Mila bədənindəki yeni döyməni “Instagram”dakı 860 min istifadəçiyə göstərib. Çoxları onun bu fotosunu gülüşlə qarşılayıb.

“Qız və döymə ustası axmaqdırlar”, – bəziləri təhqir edib.

“İndi onunla evlənmək lazımdır? Biabırçılıqdır, sən dəli olmusan”, – bəziləri yazıb.

264 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar