Bu əlamətləri olan qadınlar… – Məşhur psixoloqdan 7 MARAQLI FİKİR

Paylaşmaq gözəldir...

Məşhur psixoloq, ekspert və bir neçə bestseller kitabların müəllifi Larisa Renar güclü energetikaya sahib olan qadınların 7 əlamətini açıqlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Larisa Renar qadınlara öz seksuallığının enerjisini tanımağı və onu aktivləşdirməyin yollarını izah edib.

1. Hər kəs sizi istəyir

Nə qədər qorxulu səslənsə də, bu belədir. Qadın və kişinin energetikası yüksək olarsa, onlar demək olar ki, hər kəs üçün inanılmaz dərəcədə cəlbedici və arzuolunan sayılır. İnsanlar sizi özünə maqnit kimi çəkməyə başlayır. Kənar kişilər küçədə yaxınlaşıb tanışlıq təklif edir, tanımadığımız adamlar sizi qəhvəyə qonaq edir və ya sadəcə gül bağışlayırlar. Görüşə dəvət və komplimentlər haqqında danışmağa dəyməz…

2. Fürsətləri özünüzə çəkirsiniz

Söhbət ümumilikdə yalnız kişilər haqqında deyil, həm də iş və digər imkanlar haqqında gedir. Belə təsəvvür yaranır ki, sizin üçün bütün yollar açıqdır, işləriniz çox rahatlıqla həll olunur. Sizi müxtəlif layihələrə dəvət edir, müxtəlif təkliflər irəli sürürlər. Yeni ideyalar sizi ilhamlandırır və siz onların həyata keçirilməsi yollarını tez görürsünüz.

3. Maliyyə axını artır

Cinsi enerji maliyyə enerjisiylə əlaqəli olduğundan, yüksək cinsi enerjiyə sahib insanlar maddi baxımdan korluq çəkmir. Odur ki, onlar asanlıqla və böyük miqdarda pullar qazana bilir.

4. Xarizma

Seksual enerjinin səviyyəsi yüksək olan insanlar bir qayda olaraq çox xarizmatik və özünə inamlıdır. Belə təəssürat yaranır ki, siz daxildən işıq saçırsınız. Gözləriniz daim parlayır, hər hansı mövzu barədə ürəkdən danışanda, sözün yaxşı mənasında ətrafda hamı qulaqlarını şəkləyib sizi dinləyir. Özü də daxili gücünüzü hiss edən adamlar izinizlə getməyə hazırdır. Çünki onlar sadəcə daxilinizdə coşan enerjinin axınında olmaq istəyir.

5. Enerjiniz dolub-daşır

Elə təəssürat yaranır ki, içinizdə sanki əbədi mühərrik fırlanmağa başlayıb. Siz heç vaxt yorğunluq hiss etmirsiniz, dağları yerindən oynatmağa hazırsınız. Özü də adətən bu enerji yaratmağa yönəlib, siz asan və səylər olmadan fövqəladə nəticələr qazanırsınız.

6. Sizdə yaradıcılıq axını açılır

Siz dahiyanə ideya verməyə, gözlənilməz qərarlar tapmağa, qeyri-standart gedişlər icad etməyə başlayırsınız və maraqlı fikirlərinizlə hamını heyrətə salırsınız. Sadə dillə desək, siz axında yaşayırsınız. Fərqi yoxdur, nə işlə məşğulsunuz: biznesin yaradılması, maliyyə hesabatlarının yazılmasına, nahar hazırlanmasına və ya maşın sürməyə də yaradıcı yanaşmaq olar. Məhz belə yanaşma, həyatınızı sevinclə, hər günün intizarını isə yeni kəşflərlə dolu edir.

7. Siz həyatdan zövq alırsınız

Bütün hisslər daha da kəskinləşir, zövq duyumu güclənir. Siz həyatın bütün təzahürlərindən zövq alırsınız, sadəcə yeyib, yatıb işə gedib və sekslə məşğul olmursunuz. Siz bunların hər birindən çox böyük həzz alırsınız, sanki şampan qanınıza qarışıb. Həyatın rəngləri daha parlaq olur, dadlar daha ləziz olur, sədalar daha ahəngdar, qoxular daha məstedici, duyğular isə daha qeyri-adi olur.

13 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar