Şamaxıda məktəb direktoru Gülnurə Babaşova gənclərə “Vətənpərvərlik hissini gücləndirir”

Paylaşmaq gözəldir...

Həqiqətən, ölkəmizdə təhsilin inkişafına böyük diqqət mövcuddur. “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz” – bu sözlər Ulu öndər Heydər Əliyevə məxsusdur. Ümummilli liderimiz daim təhsilə qayğı ilə yanaşır, onun əhəmiyyətini vurğulayırdı. Məhz Ulu öndərin rəhbərliyi ilə təhsil sistemində islahatların əsasını təşkil edən mühüm sərəncamlar, fərmanlar imzalanmışdır. İnkişaf etmiş dövlətin qurulması üçün birinci amil yüksək təhsil səviyyəsinin olmasını hesab edən ölkə başçısı İlham Əliyev tərəfindən də Azərbaycan təhsilində sistemli islahatlar aparılaraq Ulu öndərin təhsil siyasəti uğurla davam etdirilir. Cənab Prezidentin apardığı məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatı inkişaf etmiş və hər bir sahədə olduğu kimi təhsil sahəsinin də inkişafı üçün təməl olmuşdur. Hazırda təhsilimizin ayrı-ayrı sahələri deyil, o bütövlükdə kompleks şəkildə inkişaf edir.

Təhsil sahəsi daim möhtərəm Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Cənab Prezident qeyd edir ki, “Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik. Və görürük ki, o ölkələr sözün əsl mənasında inkişaf edir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Biz çalışırıq ki, Azərbaycanda bu sahəyə daim diqqət göstərilsin, praktiki tədbirlər görülsün, həm təhsil sisteminin maddi-texniki bazası güclənsin, eyni zamanda və ən önəmlisi təhsilin keyfiyyəti artsın.

Uğurlu təhsil strategiyası, islahatlar, qəbul edilmiş proqram, qərar və sərəncamlar bu sahədə ciddi keyfiyyət dəyişiklikləri yaradıb, nailiyyətlər qazanılmasında həlledici rol oynayıb. Görülmüş tədbirlər nəticəsində milli təhsilimizin maddi-texniki bazası daha da möhkəmləndirilib, müasir tələblər səviyyəsində yenidən qurulub, yüksək ixtisaslı pedaqoji kadrların hazırlanması istiqamətində ciddi addımlar atılıb.

Şübhəsiz, bu nəticələrin əldə olunmasında təhsilin səmərəliliyinin artırılması məqsədilə tədris şəbəkələrinin genişləndirilməsi, paytaxt və iri şəhərlərlə  orta ixtisas müəssisələrinin fəaliyyət göstərməsi də xüsusi önəm daşıyır. Şamaxı rayon şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbi.

Uzun illər bütövlükdə ölkənin ictimai-siyasi həyatında müstəsna rol oynayıb. Möhkəm maddi-texniki bazaya malik sözügedən təhsil ocağı kadr potensialına, təlim-tərbiyənin səviyyəsinə görə respublikanın qabaqcıl pedaqoji kollektivlərindən birinə çevrilib.

Ötən son bir necə  il ərzində orta məktəbin  fəaliyyətində ciddi dəyişikliklər baş verib. Respublika Təhsil Nazirliyinin və şəhər İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində Şamaxı rayon şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbdə.Əvvəllər mövcud olmuş çatışmazlıqlar aradan qaldırılıb, Babaşova Gülnurə 1980-ci ildə Şamaxı rayon Sabir qəsəbəsində anadan olub.1997-ci ildə ADPU-nin filologiya fakltəsinə qəbul olub,2001-ci ildə Şamaxı rayon Şəhriyar qəsəbəsində pedaqoji fəaliyyətə başlayıb.2005-ci ildə BSU-nun magistraturasına qəbul olub,2008-ci ildə isə həmin universitetin doktoranturasına qəbul olub.2016-ci ildə dissertasiya işini müdafiə edib,2018-ci ildə isə filologiya ixtisası üzrə fəlsəfə doktoru adını alıb.

Deyilənə görə, bu pilləyə çatmaq Gülnurə xanım üçün asan başa gəlməyib. Daima təzyiq və basqılar altında olunduğu deyilən Gülnurə xanım müəllimlik dövründə öz üzərində çalışaraq, müxtəlif kurslara ,treninqlərə qatılıb. 2012-ci ildə o,”İlin ən yaxşı 100 müəllimi müsabiqə”sinə qatılaraq yüksək balla qalib olmuş və Prezidentin sərəncamı ilə “İlin ən yaxşı 100 müəllimi” sırasında olub. Gülnurə xanım direktorluğa da həmin zamanlarda başlayıb. Onun yüksək bacarığını və işgüzarlığını görən rəhbərlik ona Şamaxı rayonu Sabir qəsəbə tam orta məktəbində direktor vəzifəsində işləmək təklif edib. Doğulduğu qəsəbədə məktəb direktoru olmaq Gülnurə xanıma əlavə stumul verib. Deyilənə görə, o məktəbə rəhbər təyin edildiyi ilk gündən keçdiyi təlimlərdə öyrəndiyi yenilikləri onun üçün doğma olan məktəbə tədbiq etməyə başlayıb. tədrisin keyfiyyəti xeyli yüksəlib. İlk növbədə, kollektivdə təlim-tərbiyə sahəsində şəffaflıq və obyektivlik, sağlam ab-hava yaradılıb.

təlim-tərbiyə sahəsində qazanılan uğurlarda keçirilən mədəni-kütləvi tədbirlərin də təsiri böyükdür. Tarixi günlər, bayramlar, əlamətdar hadisələrlə əlaqədar təşkil olunan mərasimlər, ədəbi-bədii gecələr, konsert proqramları, konfranslar, yaradıcı insanlarla görüşlər bu baxımdan diqqəti çəkir.

Şamaxı rayon şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbin  gəncləri idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, fəal sosial təbəqəyə çevrilib. Bu, ondan irəli gəlir ki, Şamaxı rayonu Sabir qəsəbə tam orta məktəbin  direktoru  Gülnurə Babaşova  gənclərə, malik olduqları bilik və bacarıq potensialları müqabilində bütün sahələrdə geniş meydan verməyin tərəfdarıdır və bunun təmin edilməsi üçün diqqət və qayğısını əsirgəmir.

16 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar