Həbib tərəfindən döyülən məşqçi erməni imiş – VİDEO

Paylaşmaq gözəldir...

UFC kəmər sahibi Konor Makqreqorun məşqçisi, Braziliya cui-citsusu üzrə dünya çempionu Dillon Danis ermənidir.

Oxu.Az “Rusarminfo”ya istinadla xəbər verir ki, Danis 1993-cü il avqustun 22-də Nyu-Çersidə anadan olub.

2016-cı ildən Makqreqorun məşq komandasına rəhbərlik edir.

“Çoxları bilmir, ancaq mən erməniyəm. Mən fəxr edirəm ki, bu ölkəni təmsil edirəm”, – Danis hələ 2016-cı ildə deyib.

Xatırladaq ki, bazar günü qarışıq döyüş növləri üzrə rusiyalı idmançı Həbib Nurməhəmmədov Las-Veqasda keçirilən UFC 229 turnirində irlandiyalı Konor Makqreqora qalib gəlib.

Döyüşdən sonra Nurməhəmmədov oktaqondan kənara atılıb və Dillon Danisi onun dinini təhqir etdiyinə görə döyüb.

10 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar