Marketinqlə bağlı olan 19 termin: Professionallar bunları bilməlidir

Paylaşmaq gözəldir...

Marketinq üzrə konsultant, biznes treyner və Marketing Essence marka-marketinqi üzrə maarifləndirici kursun (məzənnənin) müəllimi Oleq Karasev marketinqdə olan şəxslərin mütləq bilməli olduqları 19 termini bir araya yığıb.

Ordan-burdan.com facemark.az-a istinadən onları sizə təqdim edir.

1. Ehtiyac, istək, tələb

– Ehtiyac (Need) – Nəyinsə çatışmazlığını göstərən əlamət
– İstək (Want) – Konkret hər-hanısı obyektə yönəldilmiş ehtiyac
– Tələb (Demand) – Müəyyən məhsula qarşı yaranmış istək

2. Yarış, rəqabət (Сompetition)

İstənilən qüvvədə olan və potensial təkliflər, eyni ehtiyacı təmin edə bilərlər.

3. Dəyər (Value)

Marketinqdə dəyər anlayışı, alıcının maddi və maddi olmayan faydaları və xərcləri nəzərdə tutulur. Dəyər yaratmaq rəqabətin uğurlu yolu hesab olunur. Müştəri gözündə ən dəyərli olanı seçir.

4. Marketinq (Marketing)

Marketinq – İstehlakçıda dəyər yaradaraq və onu təmin edərək pul qazanır.

5. Brend (Brand)

K.Kellerin tərifi
Marka müəyyyən məhsul, xidmət, təşkilat və ya şəxslə bağlı olaraq istehlakçının zehnində ortaya çıxan və onlar ilə assosiasiya olunan, qəbul edilmiş dəyərləri əlavə edən birləşmənin toplusudur. Onlar güclü, unikal və pozitiv olmalıdır.

6. Marka Kapitalı (Brand Equity)

Markanın bir məhsula verdiyi əlavə dəyərdir. Markanın kapitalı müxtəlif texnikalardan istifadə etməklə ölçülür. Məsələn,
Brand Asset Valuator (Young & Rubicam);

Brand Equity Index (Bill Moran).

7. İstehlakçının Qərara qədər gedən Yolu (Consumer Decision Funnel)

Yol ilə təsvir edilən model, istehlakçının ehtiyacının dərk edilməsindən, məhsul və ya xidmətin alınmasına qədər keçən yolu izah edir. Başqa bir adla bunu “İstehlakçının Səyahəti” (Consumer Journey) adlandıra bilərik.

8. Hədəf bazarı və hədəf auditoriyası (Target Market, Target Audience)

Hədəf bazarı (Target Market) – Markanın cari və potensial müştəriləri nəzərdə tutulur.
Hədəf auditoriyası (Target Audience) – Alıcılar. Kommunikasiyanın yönləndirdiyi alıcılar.
Məsələn, balaca uşaqlar üçün məhsullar. Burada hədəf bazar uşaqlardır, hədəf auditoriyası isə valideynlərdir.

9. Bazar seqmentasiyası (Market Segmentation)

Müştərilərin qəbul edilmiş, dəyişilməyən qərarlarına, əsasən onların şərti şəkildə qruplara (seqmentlərə) ayrılması nəzərdə tutulur. Eyni seqmentdəki müştərilərin mal, xidmət, marketinq kommunikasiyasına reaksiyaları oxşar olur.

10. İstehlakçıların İnsaytı (Consumer Insight)

İstehlakçının motivasiyasının dərin anlayışına əsaslanan açıqlamadır. Belə ki, marketinq kommunikasiyasından hədəf kütləsinin duyğusal tərəfdən “damar”ını tutmaq və onun markaya olan münasibətinin dəyişdirilməsi üçün istifadə olunur.

11. Brend Arxitekturası ( Brand Architecture)

Şirkətin portfelindəki markaların təşkili və iyerarxiyası; Markaların korporativ və öz aralarında olan bağlılığını nümayiş etdirir.
Brend Arxitekturasının əsas növləri aşağıdakılardır:

-İndividual Brend (House Of Brands);
– Mono Brend (Branded House);
– Subbrend (Sub-brands)

12. Ticarət Marketinqi – (Trade Marketing)

Şirkətin marketinq fəaliyyətinə satış kanallarında məhsulların təşviq edilməsi aiddir. TM-nin əsas vəzifəsi satış nöqtələrində şirkətin məhsullarının mövcudluğunu təmin etməkdir.

13. Müştərini həyat boyu olan dəyəri Customer Lifetime Value

Kompaniya gəlirləri barəsində olan proqnozu, müştəriləri ilə il ərzində olan münasibətinə əsasən verir.

14. Brendin Pozisiyası (Brand Positioning)

Marketinq strategiyası, müştərinin zehnində markanı rəqib markalar ilə münasibətdə müəyyən pozisiyada tutmağı hədəfləyir.

15. Rating / Rating Point

Reytinq reklam mesajını qəbul edən və anlayan müştərinin payı hesab olunur.
GRP (Gross Rating Point) – reklam mesajı ilə əlaqəda olmuş, auditoriyanın ümumi həcmi hesab olunur.
TRP (Target Rating Point) – Reklam mesajı ilə kommunikasiya halında olan auditoriyanın ümumi faizidir.

16. Uyğunluq İndeksi (Affinity Index)

Hədəf auditoriyasında xüsusi media daşıyıcının populyarlığının göstəricisidir. Bu hədəf auditoriyasına tipik olan bütün ölçülmüş auditoriya ilə müqayisədə xüsusi bir media ilə necə əlaqə qurduğunu göstərir.
Affinity Index (ТВ) = TRP / GRP kanal, proqram *100

17. Marketinq Planı (Marketing Plan)

Şirkətin bazar məlumatlarını əks etdirən sənəddir. Müəyyən bir dövr üçün şirkətin hədəflərini müəyyən edir, bu məqsədlərə nail olmaq niyyətində olduğunu göstərir.

18. Məqsəd, Hədəf

Son istənilən nəticə planlaşdırma mərhələsində müəyyənləşdirilir. Bunlar isə uzunmüddətli hədəflər (Goals) və qısamüddətli hədəflər (Objectives) olaraq qəbul edilir.

19. Strategiya (Strategy)

Bu model markanın fəaliyyəti zamanı məqsədlərinə çatmağı üçün nəzərdə tutulub. Strategiya markanın hazırda olduğu yeri və getdiyi yer və gələcəkdə olmaq istədiyi yeri göstərir.

10 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar