Keçmiş arvadını boğub öldürən kişi hökmdən şikayət verdi

Paylaşmaq gözəldir...

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rahib Banayev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Ordan-burdan.com report-a istinadən xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası oktyabrın 10-na təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi bu il yanvarın 23-də gecə saat 3 radələrində Hasil Bayramov küçəsi, ev 67 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan, 1991-ci il təvəllüdlü Orucəliyeva Ülviyyə Sulduz qızı keçmiş həyat yoldaş, 1985-ci il təvəllüdlü Babayev Rahid Telman oğlu tərəfindən öldürülüb. Hadisədən sonra R.Babayev könüllü olaraq 31-ci polis bölməsinə gələrək təslim olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Saxlanılan R.Babayev istintaqa verdiyi ilkin ifadəsi zamanı bildirib ki, iki ildir Ü.Orucəliyevadan ayrılıb, 2 azyaşlı övladları var.

Onun sözlərinə görə, Ü.Orucəliyeva onun qabağını kəsərək “səni qoymayacağam evlənəsən, qayıt yanıma” deyib: “Birtəhər onu sakitləşdirdim və yaşadığı mənzilə apardım. Ancaq o, evdə də sakitləşmədi, məni təhqir etməyə başladı. Mən də dözmədim, gecə saatlarında onu boğaraq öldürdüm”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Babayev 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

13 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar