“Evdə tək” kinosundakı hadisə real həyatda baş verdi – FOTO

Paylaşmaq gözəldir...

“Home Alone” (Evdə tək) filmindəki hadisə real həyatda baş verib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Almaniyada 5 yaşlı uşaq hava limanında tək başına qalıb.

O, ailəsinin tələsik taksiyə mindiyinə görə hava limanında tək başına qalıb. Qızın valideyni və yaxın qohumları birlikdə iki taksi tutduqlarına görə, hər ikisi qızın o biri taksidə olduğunu düşünüb.

Almaniyada, Ştutqart hava limanında təkbaşına gəzən qızı görənlər polisə xəbər veriblər.

Dəfələrlə anons edilməsinə baxmayaraq uşağın valideynlərindən səs çıxmayıb. Bir müddət sonra isə qızın anası zəng edərək polislərə vəziyyəti başa salıb.

Qızın atası hava limanına qayıdaraq uşağı götürüb.

Qeyd edək ki, baş roluna Macaulay Culkin-in çəkildiyi “Evdə tək” filmində də eynən bu cür hadisə baş verir və filmin sujet xətti də bunun üzərində qurulub.

"Evdə tək" kinosundakı hadisə real həyatda baş verdi - FOTO

11 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar