“Sumqayıt”ın futbolçusunu maşın vurdu – Hadisə yerində vəfat etdi

Paylaşmaq gözəldir...

“Sumqayıt”ın futbolçusu dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, “kimyaçılar”ın U-15 komandasının üzvü Ayxan Qasımov avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Bu barədə klubun “Facebook” səhifəsi məlumat yayıb.

Qeyd edək ki, hadisə dünən saat 10 radələrində baş verib. Sumqayıt şəhər sakini Bəşirov Fəxrəddin Asif oğlu idarə etdiyi “İsuzu” markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Binəqədi rayonu, Novxanı qəsəbəsi, Dəniz Kənarı küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Qasımov Ayxan Xəyyam oğlu və Bayramov Rasim Vüqar oğlunu vurub, nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

13 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar