21 yaşlı qız intihar etdi – 3 gün sonra toyu olacaqmış

Paylaşmaq gözəldir...

Şəki rayonunun Aşağı Göynük kənd inzibati ərazisindəki Köndələn kəndində 21 yaşlı qızın intiharının təfərrüatları məlum olub.

Ordan-burdan.com xəbər verir ki, Aşağı Göynük kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Yusif Hümbətovun GoldNews.az-a verdiyi məlumata görə, ötən gün intihar edən kənd sakini, 1997-ci il təvəllüdlü Sitarə Ramiz qızı Mirzəyeva nişanlı olub:

“Onun oktyabrın 6-da toyu olacaqdı. Artıq dəvətnamələr də paylanmışdı. Qız toyu oktyabrın 6-sı, oğlan toyu isə oktyabrın 14-ü üçün nəzərdə tutulmuşdu. İntiharın baş verməsinin səbəbləri bizə də maraqlıdır. Onlar bir-birlərini sevirdilər. Toy günlərini də səbrsizliklə gözləyirdilər. Niyə belə olması hamıya maraqlıdır. Qızın nişanlısını da yaxşı tanıyıram. Sakit təbiətli insandır. Kafedə ofisiant işləyir. Eyni zamanda, fəhləliklə məşğul olur.  S.Mirzəyeva isə təhsilli idi, Tibb kollecini bitirmişdi”.

Qeyd edək ki, ötən gün səhər saatlarında 1997-ci il təvəllüdlü Sitarə Ramiz qızı Mirzəyevanın meyiti yaşadığı evdə asılı vəziyyətdə yaxınları tərəfindən tapılıb.

Onun intihar etməsinin səbəbləri isə məlum deyil.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

19 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar