“Qardaşımın boğazını kəsib öldürdülər” – Atası ilə birgə ömürlük həbs olunan həkim

Paylaşmaq gözəldir...
“4 nəfərə ölüm cəzası verildi”
ARB TV-nin “Rezonans” proqramında bu dəfə ömürlük həbs cəzası almış Bakı sakini danışıb.
Hüseynağa Babayev (cəzası: Ömürlük həbs) – Məhkum: “1972-ci ildə Bakı şəhərinin Maştağa qəsəbəsində anadan olmuşam. Tibb Universitetini bitirmişəm, Stomatologiyanı oxumuşam. 23 il azadlıqda yaşamışam, 23 il də həbsxana şəraitindəyəm. 1995-ci ildə həbs olunmuşam, 1996-cı ildə ölüm cəzası almışam”.
Boğazı kəsilərək öldürülən tələbə qardaşının intiqamını almaq istəyərkən 3 nəfər günahsız adamı öldürərək ömürlük həbs cəzası alıblar
Hüseynağa Babayev (cəzası: Ömürlük həbs) – Məhkum: “Auditoriyaya oğlan daxil olub, bu da müdaxilə edib ki, camaatın qızıdı. Bu dərsdən çıxan kimi yıxıblar yerə, boğazını kəsərək qətlə yetiriblər. Qardaşımı öldürməyə kim başçılıq edibsə, onun üstünə getmişik. Təşkilatçı 1 nəfər idi. Biz ora gedəndə o yox idi orada. Tanışı ağır yaralandı səhvən. Biz biləndə ki o deyil vurulan, o zaman Novxanıya getmişik. Maşınla gedəndə gördük ki, xidməti maşın gəlir. Oğlanın atası vəzifəli şəxs idi. Dedilər ki, Faiq maşındadır. Mən tini dönəndə oğlanın atasının əlində silah gördüm. Qardaşımın dostları 2 nəfər onların maşınına yaxınlaşdı. Həqiqətən də atasının əlində silah var imiş. Silahı bunların üstünə çəkəndə, qardaşımın dostları qorxudan atəş açıblar. Maşında bilmirdik ki, ailə var. Nəticədə 3 nəfər təsadüf nəticəsində qətlə yetirilib. Mən sürücü kimi iştirak etmişəm. Ona görə də ən ağır cəza çəkirəm. 4 nəfərə ölüm cəzası verildi. Atama, mənə birdəki digər 2 nəfərə. Atam 2012-ci ildə dünyasını dəyişdi. Qardaşımın cinayətdən xəbəri yox idi, amma 13 il iş verdilər. 2008-ci ildə həbsdən çıxıb, azad həyatını yaşayır. Mən də 23 ildir ki, bağlı divar arxasındayam. Ölüm cəzasının ömürlükdən fərqi odur ki, ölümdə güllələyirlər bitir gedir, amma ömürlük hər gün cəzadır. Bura çox ağır yerdir. Hamə dözə bilmir burada. Mən oraya qardaşımın qanını almağa getmişəm. İndi də istəyərəm ki, dövlətimiz yenidən bu məsələlərə baxardı. Bu hadisələr nəticəsində xeyir işim də geriyə atıldı. Nişanlı idim. Toyumu təyin etmişdik. Toyumun axşamı günü ailəmdə həbslər başladı”.

65 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar