Bakıda avtobus qatarla toqquşdu: 1 ölü, 34 yaralı – Video

Paylaşmaq gözəldir...

Bakıda sərnişin avtobusu qatarla toqquşub.

Ordan-burdan.com Unikal.org-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib.

Belə ki, 160 saylı marşurut xətti ilə hərəkət edən içərisi sərnişinlə dolu avtobus qatarın yoluna çıxıb. Nəticədə qatar avtobusu vurub.

Ölən və yaralananlar var. Sərnişinlərin əksəriyyətinin məktəbli olduğu bildirilir.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəsmisi Səfayə Əhmədova Axar.az-a bildirib ki, hadisə yerinə 10 təcili tibbi yardım briqadası cəlb edilib.

“Ümumilikdə xəstəxanaya 17 yaralı aparılıb. Onlardan 11-i 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) aparılıb. 1 nəfər yolda dünyasını dəyişib. Digər yaralılar başqa xəstəxanalara yerləşdirilib. Yaralıların 10-u kişi, 7-si qadındır”, – S.Əhmədova bildirib.

***

S.Əhmədova qəza nəticəsində yaralananların sayının 26 nəfərə çatdığını, ölənin isə uşaq olduğunu bildirib.

***

Nazirlik sözçüsünün xəbərinə görə, yaralananaların sayı 34-ə çatıb.

“Dünyasını dəyişən 13 yaşlı oğlandır. Avtobus sürücüsü bütün qaydaları pozaraq qəzaya səbəb olub. Yaralılardan 2-si Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 3-ü 1 saylı Kliniki Tibbi Mərkəzə, digərləri isə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib” – S.Əhmədova bildirib.

***

Bakıda baş verən avtobus qəzası ilə bağlı cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

***

Səhiyyə Nazirliyinin aparıcı mütəxəssisləri 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) ezam olunublar.

Bu barədə Report-a Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.

Onun sözlərinə görə, briqadaya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru İlqar Qasımov, uşaq travmatoloqları, ortopedləri, neyrocərrahları və digərlər daxildir. Mütəxəssislər həmin xəstəxanada olan 5 uşağın müalicəsi ilə məşğuldur. Hazırda onlardan ikisi əməliyyat olunur.

18 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar