Qida, içki və tütün məhsulları… – Oktyabrın 1-dən bu məhsullar 40 faizə qədər bahalaşacaq

Paylaşmaq gözəldir...
Qida, içki və tütün məhsullarının satışı ilə məşğul olan firmalar mağazalara xəbərdarlıq edib ki, oktyabrın 1-dən məhsulların qiymətləri 10%-dən 40%-ə qədər bahalaşacaq.
Bakıda fəaliyyət göstərən mağazalardan verilən məlumata görə, oktyabrın 1-dən etibarən qida, içki və tütün məhsullarının qiyməti bahalaşacaq. Mağaza sahibləri deyir ki, bu məlumatı onlara həmin məhsulların topdansatışı ilə məşğul olan firmalar öncədən xəbərdarlıq kimi deyib.
Məlumata görə, satışda olan bütün tütün məhsullarının qiymətləri deyilən tarixdən 15-20 faiz bahalaşacaq.
Mia.az saytı kommersant.az-a istinadla bildirir ki, “Az-Granata”ya aid içki məhsullarının qiyməti də 30-40 faiz arasında artacaq.
Mağaza satıcıları deyirlər ki, qiymət artımı bəzi içki məhsullarına artıq indidən tətbiq olunmağa başlayıb. Belə ki, “Xan” brendi ilə satışda olan içki məhsulları mağazalara firmalar tərəfindən əvvəllər 6 manata satılırdısa, bu gündən 9 manata satılır.
34 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar