Kənan MM-in də çəkildiyi “Savaşçı” serialının aktyorları üsyan etdilər – SƏBƏB

Paylaşmaq gözəldir...

“Savaşçı” serialının aktyorları üsyana qalxıblar.

Ordan-burdan.com “ölkə.az”-a istinadən bildirir ki, aktyorlar maaş ala bilmədikləri üçün bu addımı atıblar. Bu barədə Türkiyə mətbuatı məlumat paylaşıb. Məlum olub ki, aktyorlar 8 seriyadır ki, qonorarlarını ala bilmirlər. Bu səbəbdən çəkilişlər dayandırılıb və heyət Eskişehirdən İstanbula qayıdıb.

Sonradan iki seriyanın pulu ödəndiyi üçün çəkilişlərə yenidən start verilib. Yeni mövsümün ilk seriyasının çəkilişləri bitdikdən sonra aktyorlar 7 seriyanın da pulunu tələb ediblər və işi yenidən dayandırıblar.

“Medyatava”nın xəbərinə əsasən isə, aktyorlar maaşa görə yox, ssenari dəyişikliyinə görə belə bir addım atıblar.

27 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar