Gürcüstana gedən 21 yaşlı qız dünyasını dəyişdi: Tələbə imiş

Paylaşmaq gözəldir...

“Sağlam Düşüncə” Gənclər Təşkilatının İdarə heyətinin üzvü Zeynəb Vəlizadə 21 yaşında vəfat edib.

Ordan-burdan.com Xeberle.com-a istinadən xəbər verir ki, hadisə Gürcüstan Respublikasında baş verib. Belə ki, xanım Vəlizadə qonşu ölkədə keçirilən təlimdə iştirak etmək üçün oraya gedib.

Ötən gün axşam saatlarında Z.Vəlizadənin vəziyyəti  qəfil pisləşib və onun həyatını xilas etmək olmayıb.

Gənc qızın hansı səbəbdən dünyasını dəyişdiyi bilinmir.

Qeyd edək ki, Z. Vəlizadə 1997-ci ildə Sumqayıt şəhərində anadan olub. Bakı Mühəndislik Universitetin (keçmiş “Qafqaz”) tələbəsidir.

Allah rəhmət eləsin!

94 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar