Ərəb iş adamı oteldə qızı zorlamaq istədi, amma… – Dəhşətli olayın təfərrüatı – FOTO

Paylaşmaq gözəldir...

Təcavüz edən ərəb iş adamından qaçmaq üçün hotelin altıncı mərtəbəsindən tullanan rusiyalı model Yekaterina Stetsyuk hadisənin təfərrüratlarından danışıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı model Dubayda baş verən hadisənin detalları barədə ilk dəfə açıqlama verib. İş üçün Dubaya getdiyini deyən Stetsyuk müdiri ona evinə gəlməsini və içki təklif etdiyini bildirib. Lakin o, razı olmayıb. Modelin sözlərinə görə, əsəbiləşən iş adamı əlinə bıçaq alaraq onu zorlamaq istəyib. Xilas olmağa çalışan model özünü pəncərədən atıb.

“Düşəndən sonra məni yerdə yatarkən izləyən izdiham gördüm. Günün günorta çağı hər kəsin ortasında hərəkətsiz durmaq olduqca qəribədir”, – deyə Y.Stetsyuk bildirib.

Ölümdən dönən qızın onurğası sınıb. Ancaq iki dəfə əməliyyat olmaq məcburiyyətində qalıb. Daha sonra təcavüzkar iş adamının şikayəti əsasında “cinayətə təşəbbüs” ittihamı ilə saxlanılıb:

“Məni xəstəxanadakı yatağımdan qaldırdılar. Sadəcə barmaqlarımı və boynumu işlədə bilirdim. Əlil arabasında məni həbsə apardılar. Bıçaqla ona hücum edərək yaraladığımı dedi. Hadisədə günahlandıracaq insan kimi sadəcə məni göstərdilər. Orada qanunlar kişilərin tərəfindədir”.

Stetsyuk həbsdə rus yoldaşının yardımları sayəsində həyatda qaldığını ifadə edib. O, 3 aydan sonra Rusiyanın diplomatik səyləri ölkəsinə nəticəsində dönə bilib.

Qıza hücum edən adamın isə o vaxt deportasiya edilərək Pakistana göndərildiyini bildirib.

135 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar