Məşhur xanımların aldığı hədiyyələr: “Lexus”, brilliant üzük… FOTO

Paylaşmaq gözəldir...

Məşhur xanım sənətçilər tək sənətləri ilə yox, həm də şəxsi həyatları ilə tez-tez gündəmə gəlirlər.

Ordan-burdan.com xəbər verir ki, baku.ws doğum günündə bahalı hədiyyələr alan tanınmış xanımların siyahısını təqdim edir:

Bu ilin avqustunda 53 yaşına qədəm qoyan xalq artisti Təranə Muradova həyat yoldaşından bahalı, brilliant qaşlı üzük hədiyyə almışdı.

2013-cü ildə 33 yaşını qeyd edən müğənni Xatun Əliyeva da sevgilisindən brilliant qaşlı üzük hədiyyə alıb.

Ötən il 39 yaşını qeyd edən rəqqasə Fatimə Fətəliyeva həyat yoldaşından “Lexus” markalı avtomobil hədiyyə almışdı.

2016-cı ildə yeni yaşına qədəm qoyan müğənni Təranə Qumral həyat yoldaşı Musa Musayevdən brilliant üzük və böyük gül dəstəsi hədiyyə almışdı.

Bir neçə il əvvəl doğum gününü qeyd edən müğənni Afaq Aslan iş adamı olan yaxın dostlarının birindən 250 min manatlıq avtomobil hədiyyə almışdı.

2017-ci ildə 27 yaşını qeyd edən müğənni Aysel Əlizadə sevgilisindən son model olan “Porsche” markalı avtomobil almışdı.

120 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar