Azərbaycanlı aktrisa illər sonra sükutu pozub, göz yaşı tökdü: “Bu mənim alın yazımdır”

Paylaşmaq gözəldir...

“Desəm ki, heç kim üçün darıxmamışam yalan olar. Mən aktrisayam, aktrisa isə səhnədə, sənətdə olmalıdır” – bu sözləri Milli.Az-a bir zamanların ən məşhur aktrisası Sevil Abbasovadeyib.

Hazırda mədəniyyət evində uşaqlarla çalışan aktrisa saytımıza maraqlı etiraflar edib:

“Mən bütün ömrümü, sənətimi anama qurban etdim. Hazırda həm ona baxıram, həm də mədəniyyət evində çalışıram. Sözün düzü anam başımı o qədər qatıb ki, heç nəyi və heç kimi fikirləşmirəm. Bircə tamaşaçılardan başqa… (ağlayır). Sözün əsl mənasında tamaşaçılarım üçün burnumun ucu göynəyir. Oynadığım obrazları, tamaşaları yadıma salıb, o günlərin həsrətini çəkirəm. Demək ki, mənim də alın yazım belə olmalı imiş”, – deyə aktrisa bildirib.

Qeyd edək ki, aktrisa Sevil Abbasova uzun illər Akademik Milli Dram Teatrında çalışıb. Aktrisa tamaşaçılara “Kökdən düşmüş piano” televiziya tamaşasından tanışdır. O, 22 ildən sonra keçən il məhz Milli.Az-a müsahibə vermişdi.

167 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar