72 yaşlı keşiş metroda iki qadına sataşdı, 2 polisi döydü – FOTO

Paylaşmaq gözəldir...

İtaliyanın paytaxtı Romada britaniyalı keşiş, 72 yaşlı Piter Slokombun məhkəmə prosesi başa çatıb. O, 2 il 8 ay müddətinə ev dustağı olacaq.

Milli.Az European-a istinadən bildirir ki, 72 yaşlı keşiş Roma metropolitenində, qatarda olarkən ik qadın sərşinə sataşıb, onlara qarşı nalayiq hərəkətlər edib. Qatar stansiyalardan birində dayananda qadınlar polis çağırıblar.

Hadisə yerinə gəlmiş polislərin əmrlərinə tabe olmayan Piter Slokomb dava salıb. Davada o, bir polis zabitinin iki qabırğasını, digərinin isə burnunu sındırıb.

İngiltərənin Qlosterşir şəhərində yaşayan P.Slokomb sabiq peşəkar boksçudur.

Məhkəmənin qərarına görə, keşiş döydüyü zabitlərin hər birinə təzminat qismində 5 min avro ödəməlidir. Üstəlik, o, polis nəzarəti ilə Vatikana göndərilib və ev dustağı edilib.

18 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar