Heydər Əliyev belə and içdi – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Bakıda Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Yenicag.az xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər. And içən gənc əsgərlər arasında Azərbaycan Prezidentinin oğlu Heydər Əliyev də olub.

Ardını oxu

Şəmkirdə iki maşının toqquşdu: bir nəfər ölüb

Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Ordan-burdan.com “Report”a istinadən bildirir ki, rayonun Şiştəpə kəndi ərazisi ilə hərəkətdə olan “Mercedes” və “VAZ-2107” markalı iki avtomobilin toqquşması nəticəsində sonuncu maşında olan iki nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan biri tibbi yardımlara baxmayaraq, keçinib. Digər yaralının vəziyyəti isə orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Ardını oxu

“Sabah” qapımıza tərəf bir dəfə gəldi, onda da qol vurdu” – Təmkin Xəlilzadə

“Millətlər Liqasının oyunlarına görə çempionatda fasilə var idi. Biz yığmanın düşərgəsində olsaq da, komanda yaxşı hazırlaşmışdı. Bizim üçün 3 xallıq matç idi, qələbə üçün çıxmışdıq. Gözləmədən əks-hücumda qol buraxdıq”. Ordan-burdan.com “Report”a istinadən bildirir ki, bunu “Qəbələ”nin futbolçusu Təmkin Xəlilzadə Azərbaycan Premyer Liqasının IV turunda “Sabah”a məğlubiyyətdən sonra deyib. Cinah yarımmüdafiəçisi bildirib ki, yalnız bir qol epizodu yaradıb və bunu reallaşdırıb: “Sabah” haqqında…

Ardını oxu

Sərxoş İsmayıllı sakini mismarla özünü yaraladı, polisə şikayət etdi

İsmayıllı rayon sakini tanımadığı şəxs tərəfindən döyüldüyünü iddia edib. Oxu.Az-ın məlumatına görə, Gözəlov Avtandil Firudin oğlu İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına müraciət edərək döyüldüyünü bildirib. Onun sözlərinə görə, axşam saatlarında evinə gedərkən naməlum şəxs tərəfindən saxlanılıb və zorla çay kənarına aparılıb. A.Gözəlov bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirildiyini deyib. İsmayıllı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki,…

Ardını oxu

Azərbaycanda ağır qəza – 1 ölü, 5 yaralı

Bu gün saat 17 radələrində Ağsu-Bico-Göylər avtomobil yolunun Daşdəmirbəyli kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. Yenicag.az xəbər verir ki, “VAZ-2101” markalı avtomobillə “Toyota” toqquşub. Nəticədə “VAZ-2101”də olan Cəlayir kənd sakini, 1960-cı il təvəllüdlü Məmmədov Əlfağa Qardaşəli oğlu hadisə yerinə dünyasını dəyişib. Qəza nəticəsində beş nəfər yaralanıb. Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yaralılardan üçünün vəziyyəti orta ağırdır.…

Ardını oxu