“Alleqri yaxşı məşqçidirsə, gəlsin “Palermo”nu çempion etsin”

Paylaşmaq gözəldir...

“Palermo” klubunun prezidenti Mauritsio Zamparini “Yuventus”un futbolçusu Paulo Dibala haqqında danışıb.

Ordan-burdan.com komanda.az-a istinadən xəbər verir ki, o, argentinalı futbolçunun qışda İspaniyaya gedəcəyini bildirib. Zamparini İtaliya mətbuatına açıqlamasında bunları deyib:

“Dibalanı meydanda görməyəndə, ağlamaq istəyirəm. Massimiliano Alleqrinin üzündən ehtiyatda qalır. Alleqri yaxşı məşqçidirsə, gəlsin “Palermo”nu çempion etsin. “Yuventus”la çempion olmaq asandır.

İki il əvvəl Dibalaya məktub göndərdim və ona İspaniyaya getməyi məsləhət gördüm. Dibala qışda komandanı tərk edəcək. Çünki “Yuventus” 120 milyon avro qazanmaq istəyir. İspaniyaya gedəcəyini düşünürəm. Ayrıca, İngiltərədən də təkliflər var”.

Dibala 2015-ci ildə 40 milyon avro qarşılığında “Palermo”dan “Yuventus”a transfer edilmişdi.

15 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar