Xalq artisti Toliki “Səni deyirlər”i oynadığı üçün təhqir etdi – FOTOFAKT

Paylaşmaq gözəldir...

Dünən “Hər şey daxil”də müğənni qonağı Mənzurə Musayeva ilə son zamanların trendinə çevrilən “Səni deyirlər” musiqisini rəqs etdiyi üçün Tolik ciddi tənqidlərə məruz qalıb.

İstər Milli.Az-ın xəbər etdiyi rəqs görüntülərinin şərh bölməsinə, istərsə də sosial şəbəkələrdə məşhur prodüseri tənqid edənlərin ardı-arası kəsilmir. Səbəb kimi isə Tolikin bir gün öncə verilişində həmin musiqini oynayanları təhqir etməsini göstəriblər.

Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti “Bu mahnıya oynayan və oxuyanları efirdə təhqir edən sən deyildin?!” şərhləri ilə prodüseri ikiüzlülükdə qınayıblar.

Milli.Az Facebook-da Toliki bu hərəkətinə görə təhqir edənlər arasında xalq artisti Ramiz Məlikin də adına rast gəlib. Qocaman aktyor aparıcı-prodüser barədə bunları yazıb:

“Bəs sən – Tolik, dirsək göstərirdin bu rəqsə. İndi oynayırsan? Alə, adamın bir üzü olar, min yox!”

56 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar