“Pozğunluğu təbliğ etmək olar?” – Nura Suri

Paylaşmaq gözəldir...

Azərbaycanda aparıcı qıtlığıdır? Nolub hər yerindən duran veriliş aparır. Ayıbdır! Peşəsinin mənbəyi bəlli olmayanlar bütün günü efirdədir. Belə biabırçılıq olar?

Ordan-burdan.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri Facebook-da yazıb. O, azərbaycanlı aparıcıları sərt şəkildə tənqid edib:

“İncəsənət Universitetinin hər il yüzlərlə tələbəsi işsiz qala-qala hərə bir tanışını seriala, filmə çəkir. Bu, nə dəbdir? Bütün psixoloji xəstələri məclislərə dəvət edir, sonra da məzələnib videolarını çəkərək paylaşırlar. Mənası nədir? Məqsədiniz nədir, ay hörmətli insanlar? Ay özünə hörmət edən “jurnalistlər”, siz niyə belələrini təbliğ edirsiniz? Hələ peşəkar aparıcıları demirəm…

Belələrini niyə efirə dəvət edirsiniz? Nə yapışmısınız reytinq sözündən? Bu, nə bəhanədi? Belə səviyyəsizliyi təbliğ etməkdə məqsədiniz nədir? Adamın köçüb adada yaşamağı gəlir. Bəsdirin də, zövqsüzlüyü, ağılsızlığı, pozğunluğu təbliğ etmək olar?!”

17 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar