Arvadını hamamda sevgilisi ilə tutdu – O kişini biz tərəfdə tez-tez görürdüm – FOTO

Paylaşmaq gözəldir...

Türkiyənin Zonguldak rayonunun Ereğli qəsəbəsində arvadını evdə bir başqasıyla yaxaladıqdan sonra onu döyən Soner U.-nun polisə verdiyi ifadəsi yayılıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Soner “Bayram məni görüncə əlimə doğru təpik atdı və sağ çeçələ barmağım çox ağrıdı. Mən də taxta parçası ilə özümü qorudum” deyib.

Soner U. ifadəsində qonşularının Bayramı evinin ətrafında tez-tez gördüyünü, xəbər ona çatınca, izləyib, məsələni aydınlaşdırmağa çalışdığını bildirib:

“8 illik evliyik. Arvadımın başqa bir kişi ilə münasibətinin olduğunu hiss etdim. Bizim qonşu kənddə yaşayan Bayram son bir neçə aydır tez-tez mənim yaxınlığımda dolanır, son zamanlar çox qarşıma çıxırdı. Şenay telefonunu koda qoymuşdu və hara getsə telefonunu özü ilə aparırdı. O səhər saat 07.25- radələrində işə getmək üçün evdən çıxdım. Bayram mənim qarşımdan maşını ilə keçdi. Mən də dərhal şübhələnərək dostum Turgay və arvadımın qardaşı Sezerə zəng edərək, mənim evimin yanına gəlməklərini istədim.

Arvadıma evə girməmişdən öncə zəng etdim. Telefonu açmadı. İkinci dəfə zəng edəndə cavab verdi. Nə olduğunu soruşdu. Xəstəxanaya gedəcəyimi söylədim. Evin qapısını döydüm. 5 dəqiqə keçsə də qapı açılmadı. Sonra arvadım qapını açdı. Əlimdə bir odun parçası vardı. Mən “Evdə kim var?” soruşdum. Arvadım “Heç kim yoxdur” dedi. Evi axtarmağa başladım. Ancaq heç kimi tapmadım. Bu an hamamdan çıxıb, qaçmağa başlayan Bayramı qapıda gördüm. Arvadımın qardaşı onu tutdu. Bayram qaçmağa çalışırdı. Bizə hücum edib, vurmağa başladı. Mən də əlimdəki odun parçası ilə bir neçə dəfə vurdum. Arvadıma əl qaldırmadım, Bayramdan və arvadımdan şikayətçiyəm”.

Soner U.-nun arvadı Şenay U. isə “Bayram ilə səhər yeməyi yedikdən sonra ərim gəldi. Bayramı da məni də döydü. Şikayətçiyəm ondan” ifadələrini işlədib.

11 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar