“Əri necə öldürmək olar” kitabının yazarı ərini öldürdü – FOTO

Paylaşmaq gözəldir...

“Əri necə öldürmək olar” kitabının müəllifi həyat yoldaşını öldürüb.

Milli.Az Independent-ə istinadla xəbər verir ki, “Əri necə öldürmək olar” kitabının yazarı Nancy Crampton-Brophy (Nansi Krampton Brofi) ərini güllələyib.

68 yaşlı yazar sentyabrın 5-də saxlanılıb.

Yazarın əri Daniel Brofi iyun ayında Oreqon ştatındakı işlədiyi məktəbdə qətlə yetirilib. Onun cəsədini şagirdləri və məktəbdə işləyən müəllimlər tapıblar.

Nansi cinayətdən sonra sosial şəbəkədə status yazaraq ərinin ölümünə görə məyus olduğunu qeyd edib.

İki aydan çoxdur ki, davam edən araşdırmalardan sonra onun xanımı cinayətdə şübhəli bilinib.

Qeyd edək ki, yazarın bundan əlavə “Wrong Husband” (Yanlış ər) ,”The Wrong Lover” (Yanlış sevgili) kitabları da var.

13 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar