Bu gün iPhone-un yeni modelləri təqdim olunacaq – Sızdırılan FOTOlar və ilkin məlumatlar

Paylaşmaq gözəldir...

Dünyanın ən bahalı şirkəti olan “Apple” hər il olduğu kimi bu gün Kaliforniyada yeni məhsullarını təqdim edəcək. Təqdimat saat 10-da Steve Jobs Theatre-da baş tutacaq.

Milli.Az xəbər verir ki, bu gün 3 yeni iPhone modeli, 4-cü seriya iWatch və iPad Pro təqdim olunacaq.

iPhone-un yeni modelləri XS, XC və XS Max adlanır. Onlar ekran ölçülərinə və qiymətlərinə görə fərqlənirlər.

İlkin versiyalara görə, qiymətlər 800 dollardan başlayıb, 1300 dollara qədər bahalaşır.

  • iPhone XS – iPhone X-in varisi hesab olunur. (Mümkün ola biləcək qiymət 1169 dollar ) 5.8 inç ekran, A12 binonik prosessor və iOS 12 platforma
  • iPhone XS Max və ya Plus – iPhone-un ən böyük modeli olacaq. (Mümkün ola biləcək qiymət 1299 dollar) 6.5 inç Oled ekran. Görünüşcə 8 plusla eyni olacaq. A12 binonik prosessor və iOS 12 platforma
  • iPhone XC – iPhone-un ucuz modellərindən olacaq. (Mümkün ola biləcək qiymət 799 dollar) Bu modeldə ekran 7 rəng çalarına malik LCD-dir. A12 binonik prosessora malik və iOS 12 platformalıdır. Bir arxa kamerasına sahibdir. Digər modellərdən fərqli olaraq XC-nin qırmızı, narıncı və göy rəngləri də satılacaq.

4-cü seriya iWatch isə 15 faiz daha geniş ekrana və böyük batareyaya malikdir. Yeni modeldə yuxu rejimini ölçmə cihazı və ürəkdöyüntülərini hesablama qurğusu daha da təkmilləşdirilib.

Qeyd edək ki, bu il ilk dəfə olaraq təqdimatı Twitter-dən canlı izləmək mümkün olacaq.

79 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar