Azərbaycanın ən istedadlı 5 gənci – FOTO

Paylaşmaq gözəldir...

Bu gün müasir Azərbaycan gəncləri istedadı, bacarığı ilə öz adlarından söz etdirməyi bacarırlar. Bu gün mən onların 5-ni sizinlə tanış edəcəm. Əslinə qalsa siz onlarla tanışsız.

TURANA HÜSEYNLİ

İlk dəfə olaraq qarşımıza AzTv- də yayımlanan MAG (Müasir Azərbaycan Gənci-MZ Production) layihəsi ilə çıxan Turana tez bir zamanda adından söz etdirməyi bacardı. Daha sonra öz layihəsi “Əlfəcin”-lə öz YouTube kanalında eyniadlı proektini təqdim etdi. Hər dəfə Azərbaycanın məşhur simaları ilə kitablar haqqında danışan müəllif bu dəfə də izləyici kütləsini artıraraq özünü YouTuber kimi tanıtmağa nail oldu. “Turana hazırlayır” adlı yemək proqramı isə gəncin mətbəxdə də nə qədər bacarıqlı olduğunu göstərdi.

İndilərdə isə Atv telekanalında yayımlanan “Oralar” adlı layihədə tanınmış səyyah Azər Qərib və idman jurnalisti Rüstəm Əfsərli ilə birgə yer almaqdadır.

Gələcəkdə xaricdə jurnalistika təhsili almaq istədiyini bildirən gənc “niyə öz ölkəmiz deyildə xaric?” sualına isə “ordakı fərqli fikirlərə yiyələnərək, xalqımıza faydalı bir şeylər təqdim etmək istəyirəm” deyə cavab verib.

FARİZ İLYASOV.

Onu da MAG layihəsilə tanıdıq. Əsil peşəsi ingilis dili müəllimliyi olan Farizi eyni zamanda aparıcı, aktyor ,fotomodel ,müğənni kimi də tanıyırıq. Maraqlısı budur ki girdiyi hər işdə uğur qazanmağı bacarır. MAG layihəsindən sonra gənc aparıcı Azad Azərbaycan (ATV)

telekanalında yayımlanan V Element talk şousuna dəvət alır.

2017-ci ildə Bakıda keçirilən 4-cü İslam Həmrəylik oyunlarında Canlı Arena aparıcısı çalışaraq ilk dəfə idman arenalarından canlı yayım etdi. 2017-ci ilin sonunda V element talk şousundan ayrıldığını açıqlayan Fariz İlyasov yeni “Sev sən məni” adlı ilk mahnısını təqdim etdi. 2017-ci ilin may ayında isə “Bədənim yansın” adlı hit mahnısını sevənləri üçün klipləndirdi.

Hal-hazırda isə Xəzər Tv-də ekrana gedən “İmtahan” adlı serialda aktyorluq bacarığını nümayiş etdirir.

ELXAN ZEYNALLI.

Çoxlarımızın Qaraqan adı ilə tanıdığı bu istedadlı gənc BDU-nin jurnalistika

fakültəsinin tələbəsi olub. Azərbaycan yazıçılar birliyinin üzvü olan Qaraqanın “A”, “Mələk”, “Evakuasiya”, “3 Addım”, “Bir milyon dollarım olsaydı”, “Şeytanın kitabı”, ” Исповед одного извращенца” adlı kitabları var.

Eyni zamanda reper olan gənc əvvəllər “HOST” qrupunun üzvü və ideya müəllifi olmuşdur. “İşıq”, “Qısa qapanma”, “Leykemiya”, “Qışlaq” kimi albomları var. “Qələm yoxsa mikrafon” sualına gənc “Qələm. Çünki özümü göstərməyi yox, özümü ifadə etməyi sevirəm”-deyə cavablandırıb.

Bu arada Elxan Qaraqan çox yaxşı breqdans da bacarır. Ama uzun müddətdi rəqs etmir. Gənc hal-hazırda evlidi və Amerikada yaşayır.

İSFAR SARABSKİ.

Məşhur Azərbaycan opera müğənnisi, aktyor, Şərq opera sənətinin əsasını qoyanlardan biri olan Hüseynqulu Sarabskinin nəticəsi. Biz onu daha çox piyanoçu kimi tanıyırıq. Bu əbəs deyil, çünki o, dünyanın “Royal Albert

Hall”, “Queen Elizabeth Hall”, “Miles Davis Hall”, Jazz Club Vibrato, Jazz Club “Zinko”, “The Konzerthaus”, “Asphalt”, Jazz Club “Duc des Lombards”, Jazz Club “Porgy & Bess”, “Bird’s Eye”, Jazz Club ”Teatre Apollo” kimi ən nüfuzlu konsert salonlarında çıxış etmişdir.

Fatma Abdullayeva

104 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar