Xəstəxanadan şəkil paylaşan Zülfiyyə: “Nə qədər pozitiv olsan da…”

Paylaşmaq gözəldir...

Aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşı Zülfiyyə Bayramova yenə xəstəxanaya yerləşdirilib.

Axşam.az-ın məlumatına görə, həm aparıcı, həm də vəkil olan Zülfiyyə palatadan çəkdirdiyi şəkli izləyiciləri ilə bölüşüb və yazıb:

“Nə qədər pozitiv olsan da, səni xəstəxanalıq edən bir səbəb tapılır. Nə olur, olsun, Allahın köməyi ilə bütün çətinlikləri arxada qoyacam. Çünki Allahım daim mənimlədir. Şükür Onun varlığına”.

Qeyd edək ki, Z.Bayramova bu ilin əvvəlində xərçəng xəstəliyindən əziyyət çəkdiyini açıqlamışdı. Aparıcı may ayında cərrahiyyə əməliyyatı keçirib. Onun mədəsindəki şiş götürülüb. Azərbaycanda baş tutan əməliyyat uğurlu keçib. Əməliyyatdan sonra aparıcı Türkiyədə bir kurs müalicə alıb. O, malicəsini Bakıda davam etdirir. Bir müddət əvvəl isə Bayramova saçının töküləcəyini nəzərə alaraq keçəl olmağa qərar verib. Ona isə dəstək məqsədi ilə həyat yoldaşı İlqar Mikayıloğlu, oğlu, qardaşı, qardaşı oğlu, bir çox yaxınları, eləcə də, tanınmış simalar saçlarını keçəl kəsdiriblər.

14 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar