Nadir hallarda rast gəlinən xəstəliklər üçün olan dərmanlar Azərbaycanda da olacaq

Paylaşmaq gözəldir...

Səhiyyə Nazirliyi “Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”nı genişləndirib.

Ordan-burdan.com Trend-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi Kollegiyasının qərarı ilə “Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”na 2 yeni dərman adı əlavə edilib. Həmin dərmanlar Mestinon (beynəlxalq patenləşdirilmiş adı Pyridostigmine bromide) və Kalium xloriddir (beynəlxalq patenləşdirilmiş adı Potassium chloride 7,5%).

Bu əlavələr edildikdən sonra siyahıdakı dərman adlarının sayı 103-ə çatdırılıb.

9 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar